Müqavilə - MUGANFX

MÜQAVİLƏ

REQLAMENT

Fiziki şəxslər üçün “Margin Trading” şərtləri ilə xarici valyutalarda və digər ticarət aktivlərində  konversiya arbitraj əməliyyatlarının aparılması

haqqında 

 

1. Anlayışlar 

•1.1. Hazırkı Reqlamentdə aşağıda verilmiş terminlər aşağıdakı mənaları ifadə edir:

•“Müştəri” – hazırkı Reqlament çərçivəsində marja hesabı üzrə konversiya əməliyyatları aparan fiziki şəxs deməkdir. 

•“Ofert” - Maraqlı tərəflərə ünvanlanan təklifdir.  Belə təklif onu ünvanlayan şəxsin özünü təklifi qəbul edəcək şəxslə müqavilə bağlamış hesab etmək niyyətini ifadə edir. 

• “Konversiya və Arbitraj Əməliyyatları” – Mugan FX LTD ilə Müştəri arasında bir nağdsız xarici valyutanın digərinə alqısı və ya satqısı, habelə digər ticarət aktivlərinin nağdsız xarici valyutaya alqısı və ya satqısı üzrə sövdələşmələrdir. Göstərilən əməliyyatlar müvafiq bazarlarda valyuta məzənnəsinin və ya ticarət aktivlərinin qiymətlərinin dəyişməsi zamanı gəlir əldə edilməsi məqsədilə, Mugan FX Trading Station    proqram-texniki kompleksi vasitəsilə alınan/satılan valyutanın eyni məbləğinə valyuta alqı-satqısı üzrə ən azı iki müqabil sövdələşmənin aparılmasını nəzərdə tutur.

•“Müştəri” – hazırkı Reqlament çərçivəsində marja hesabı üzrə konversiya əməliyyatları aparan fiziki şəxs deməkdir.

• “İnternet saytı” – Mugan FX LTD-nin www.muganfx.com ünvanı ilə internet şəbəkəsində olan saytıdır.   

•“Mugan FX  Trading Station” – Mugan FX LTD tərəfindən hazırkı Reqlament çərçivəsində Müştərinin istifadəsi üçün təklif olunan və Müştəriyə marja hesabı üzrə arbitraj və konversiya əməliyyatları aparmağa imkan verən elektron ticarət platformasıdır (ETP). (Proqramın distributivini Müştərinin kompüterinə Mugan FX LTD-nin saytından yükləmək lazımdır).

•“Margin Trading» (Marjinal Ticarət) –  Valyutalaşma tarixinə Müştərinin mövqeyini mütləq qaydada bağlamaqla, dəyişən marjanın məbləğindən bir neçə dəfə çox olan açıq mövqe məbləğinə həyata keçirilən arbitraj əməliyyatlarının aparılması şərtləridir.  Bu zaman kontr-valyutada və ya ticarət aktivinin qiymət ekvivalentində valyutalaşma tarixinə arbitraj əməliyyatları üzrə mümkün zərər Müştərinin dəyişən marjasının cari məbləği ilə ödənməlidir.   

•“Loqin və Parol” - Müştərinin identifikasiyası məqsədilə Mugan FX LTD tərəfindən Müştəriyə verilən, hərf və rəqəmlərdən və ya digər kombinasiyadan ibarət Müştərinin identifikasiya kodudur. Loqin parolla birlikdə Mugan FX Trading Station-a icazəli çıxışı təmin etmək üçün istifadə olunur.  

•“Marja hesabı” – hazırkı Reqlamentdə nəzərdə tutulan Arbitraj əməliyyatlarının və Konversiya sövdələşmələrinin nəticələri üzrə hesablaşmaların aparılması məqsədilə Mugan FX LTD tərəfindən Müştəriyə Mugan FX Trading Station proqram-texniki kompleksində açılan hesabdır.  

•“Zəruri marja” – istənilən bir cüt valyutanın cari bazar məzənnəsi ilə dollar ekvivalentində mövqeyinin açılması və/və ya Açıq mövqeyinin saxlanılması üçün zəruri olan məbləğdir.

•“Qeyri-bazar kotirovkası” – Aşağıdakı şərtlərdən ən azı birinə uyğun olan kotirovkadır:

•əsaslandırılmamış əhəmiyyətli qiymət fərqinin olması;

•qiymət fərqinin yaranması ilə ən birinci səviyyəyə kiçik vaxt fasiləsi müddətində qiymətin qayıtması;

•bu kotirovka meydana çıxmazdan əvvəl qiymətdə sürətli artımın olmaması;

•bu kotirovkanın meydana çıxdığı an məzənnəyə əhəmiyyətli dərəcədə təsir göstərən makro-iqtisadi hadisələrin və/və ya korporativ xəbərlərin olmaması

•O kotirovkadır ki, bazarda həmin kotirovka üzrə sövdələşməni yerinə yetirə biləcək qarşılıqlı tələbin olmaması səbəbindən göstərilən vaxtda belə kotirovka üzrə sövdələşmə həyata keçirmək mümkün deyildir.

•“Saxlanılan Order” – Müştərinin Mugan FX LTD-yə Mugan FX Trading Station vasitəsilə ötürülən, razılaşdırılmış şərtlərlə sövdələşmələrin həyata keçirilməsi üçün sərəncamıdır.

•“Spred” – punktlarda (“pips”lərdə ), yəni valyuta məzənnəsi və ya digər aktivlərin qiymətinin dəyişməsinin minimum vahidlərində ifadə olunan, tələb (BID) məzənnəsi ilə təklif (ASK) məzənnəsi arasındakı fərq deməkdir. 

•“(Bazarda) cari valyuta (məzənnəsi) kotirovkası” – valyuta və ya birja bazarında müvafiq valyuta cütünün və ya ticarət aktivinin alqısı və ya satqısı üzrə Arbitraj əməliyyatlarının aparılması məzənnəsi (ləri) deməkdir. İkitərəfli kotirovkaya ASK məzənnəsi (onun əsasında Müştəri  alınan/satılan valyutanın kontr-valyutaya alqısı üzrə ilkin şərtləri razılaşdıra bilir)  və BID məzənnəsi (onun əsasında Müştəri  alınan/satılan valyutanın kontr- valyutaya satışı üzrə ilkin şərtləri razılaşdıra bilir) daxildir.

•“Əsas Valyuta –Alınan/Satılan (baza) valyuta” – digər xarici valyutaya alınan və ya satılan valyutadır. Valyuta cütünü göstərən zaman alınan/satılan valyuta birinci göstərilir.

•“Kontr-valyuta – (Qiymət valyutası) – vahidlərində əsas valyutanın qiymətinin ifadə olunduğu valyutadır.

•«Yenidən hesablama valyutası» – hər bir ticarət aləti üzrə açıq mövqelərin ekvivalentini və Müştərinin ümumi açıq valyuta mövqeyini hesablamaq üçün valyutadır.

•Açıq valyuta mövqeyi” – Alınan/Satılan valyutanın və ya digər ticarət aktivinin, belə alınan/satılan valyutanın və ya digər ticarət aktivinin analoji məbləğinin kontr-valyutaya satışı (alışı) ilə örtülməyən ümumi məbləğidir.

•“Bağlı mövqelər” – hazırkı Reqlament çərçivəsində nəticəsində alınan (və ya satılan) valyutanın və ya digər ticarət aktivinin ümumi məbləğinin sıfıra barəbər olduğu əməliyyatların aparılmasıdır. 

•“Uzun valyuta mövqeyi” – sövdələşmənin əsas alınan/satılan valyutasının və ya müvafiq ticarət aktivinin alışı zaman meydana çıxan mövqedir (alanın mövqeyi).

•“Qısa valyuta mövqeyi” – sövdələşmənin əsas alınan/satılan valyutasının və ya müvafiq ticarət aktivinin satışı zaman meydana çıxan mövqedir (satanın mövqeyi).

•“Valyuta Svopu” – fərqli valyutalaşma tarixləri və fərqli mübadilə məzənnələri olan alınan/satılan valyutanın eyni məbləğinə aparılan  iki əks konversiya sövdələşməsindən ibarət əməliyyatdır.

•“Aparılmış əməliyyatlar barədə hesabat” – ticarət platformasında hazırlanan, özündə hesabat dövrünə həyata keçirilmiş Arbitraj əməliyyatları barədə məlumatı, o cümlədən xüsusilə Müştərinin açıq valyuta mövqeləri və marja hesabının vəziyyəti barədə məlumatı əks etdirən elektron sənəddir.

•“Marja hesabından pul vəsaitlərinin çıxarılması üçün ərizə” – Müştərinin, onun marja hesabından pul vəsaitlərinin onun cari hesabına keçirilməsi üçün tapşırığıdır. Belə tapşırıq Mugan FX LTD tərəfindən təqdim olunan formada tərtib olunur.  

•“Nettinq”– Tərəflərin öhdəliklərinin/tələblərinin qarşılıqlı hesablanması və xalis, yekun  məbləğinin müəyyəп edilməsi prosedurudur.

•“Öhdəliklərin pozulması” – Müştərinin öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozmasıdır. Öhdəliklərin pozulması sayılan hallar hazırkı Reqlamanetdə müəyyən olunmuşdur.

 2. Hazırkı Reqlamentin Statusu   

•2.1. Hazırkı Reqlamentin (“Reqlament”) statusu «Mugan FX LTD»  və Reqlamentlə potensial Müştərilər üçün müəyyən olunan şərtlərə cavab verən istənilən fiziki şəxs (“Müştəri”) arasında bağlana bilən Müqavilənin standart formasını təşkil edir. 

•2.2.Reqlamentin predmetini Tərəflərin “Margin Trading” şərtləri ilə arbitraj və konversiya əməliyyatlarının aparılmasının ümumi şərtləri təşkil edir. Hazırkı Reqlamentin şərtləri malların, qiymətli kağızların  və valyutaların real təchizatı (konversiyası) məqsədilə bağlanan sövdələşmələrə şamil edilmir və Tərəflərdən heç birinin digərindən hazırkı Reqlament çərçivəsində aparılan əməliyyatlar/sövdələşmələr üzrə valyutanın və ya digər ticarət aktivlərinin real təchizatını tələb etmək hüququ yoxdur.  

•2.3. Reqlamentin məzmununa bütün maraqlı tərəflər  Mugan FX LTD-nin  fiziki şəxslərə «Margin Trading» şərtləri ilə arbitraj və konversiya əməliyyatlarının aparılması barədə Müqavilə bağlamaq üçün ünvanlandığı təklif (açıq ofert) kimi  baxmalıdırlar.  

•2.4. Reqlamentin məzmunu  Mugan FX LTD-nin  www.muganfx.com internet saytında dərc olunur.   

•2.5. Müqavilənin bağlanması Müştərinin oxuduğu Reqlamentin şərtlərini qəbul etməsi ilə həyata keçirilir.  

•Müqaviləni bağlamaq üçün maraqlı tərəflər hazırkı Reqlamentlə tanış olmalı və  müəyyən olunmuş formada (Reqlamentə 1 saylı Əlavə)  Bəyannaməni imzalamaqla razılıqlarını təsdiq etməlidirlər;

•Reqlament göstərilən Bəyannamənin Mugan FX LTD tərəfindən alındığı  andan Müştəri tərəfindən qəbul edilmiş hesab ediləcəkdir.  

 

3.  Mugan FX LTD Trading Station elektron ticarət platforması

•3.1. Mugan FX Trading Station elektron ticarət platforması (“ETP”) Müştəriyə distasion rejimdə internet şəbəkəsi vasitəsilə marja hesabının açılması və ya bağlanması üzrə razılaşdırılması və /və ya icrası üçün Order yerləşdirməyə imkan verir.    

•3.2.Elektron sənədlərin yaradılması, onların mübadiləsi qaydası, həmçinin ETP-nin istifadəsi üzrə digər məlumatlar ETP menyusunda  verilmiş İstifadəçi üçün Təlimatda öz əksini tapmışdır.

•3.3.Müştəri, ETP –yə qoşulmaq üçün lazımı texniki və kommunikasiya resurslarını özü və öz hesabına təmin edir, habelə ETP -də işləmək üçün lazımı proqram təminatını özü alır və kompüterinə yükləyir. Lazımı proqram təminatının distributiv paketi və onun quraşdırılmasına dair tövsiyələr  Mugan FX LTD-nin internet saytında yerləşdirilmişdir.  

•3.4. Mugan FX LTD Müştəriyə şəxsi loqin və parol verməklə ona ETP–yə çıxış hüququ verir.

•3.5.ETP –yə icazəli çıxış məlumatlarının maksimum məxfiliyini təmin etmək məqsədilə Müştəriyə ilk arbitraj əməliyyatını aparmazdan əvvəl ona  Mugan FX LTD tərəfindən verilmiş Parolu dəyişdirmək tövsiyə olunur. Əks təqdirdə,  Mugan FX LTD Müştərinin Paroldan istifadə etməklə ETP –yə icazəsiz çıxış nəticəsində aparılmış arbitraj əməliyyatları üzrə sonrakı mümkün iddialarını yerinə yetirməkdən imtina etmək hüququna malikdir.  

•3.6. Parolun itdiyi və ya üçüncü tərəflərə məlum olduğu hallarda Müştəri belə faktlar barədə Mugan FX LTD-ni xəbərdar etməlidir.

•3.7. Mugan FX LTD Müştəridən aldığı xəbərdarlıq əsasında ETP –yə çıxışı bağlayır və Müştərinin öz marja hesabına daxil olub onu idarə edə bilməsi  üçün yeni parol yaradır.  

4. Hesablar

•4.2.Əməliyyatların uçotunun aparılması və Tərəflərin hazırkı Reqlament çərçivəsində həyata keçirdikləri sövdələşmələrin nəticələrinin əks olunması üçün  Mugan FX LTD,  Müştəriyə,  Mugan FX Trading Station ETP-də, Mugan FX LTD tərəfindən göstərilən bank hesabına Müştəri tərəfindən köçürülən vəsaitlərin məbləğinin əks olunduğu marja hesabları açır.     

•Marja hesablarına vəsaitlərin daxil edilməsi və Müştərinin marja hesabları arasında vəsaitlərin transferi Mugan FX LTD tərəfindən bir iş günü ərzində həyata keçirilir. 

•Müştərinin pul vəsaitlərinin marja hesabında əks oluna bilən minimum ilkin məbləği  Mugan FX LTD tərəfindən müəyyən olunur və bazarda əməliyyatların aparılması üçün 300 (üç yüz) ABŞ dolları təşkil edir.

•4.3. Müştərinin Marja hesabının cari vəziyyəti və onun tarixçəsi barədə məlumat  Mugan FX Trading Station terminalında əks olunur və Müştərinin istəyi ilə müvafiq çıxarışla təsdiq oluna bilər.  

5. Arbitraj sövdələşmələrinin bağlanması qaydası

•5.1. Mugan FX LTD ümumdünya valyuta bazarının şərtlərinə və vəziyyətinə müvafiq olaraq ETP vasitəsilə Müştəriyə xarici valyutaların və digər ticarət alətlərinin real vaxt rejimində cari bazar kotirovkalarını təqdim edir. Valyuta cütlərinin və digər ticarət alətlərinin siyahısı, mövqenin açılması üçün onların mümkün məbləğləri  Mugan FX LTD tərəfindən müəyyən edilir və ETP-nin müvafiq parametrlərində öz əksini tapır.   

•5.2. Müştəri ETP vasitəsilə aşağıdakı növ orderləri təqdim edə  bilər:

1.Mugan FX LTD-nin cari kotirovkası ilə üst-üstə düşən məzənnədə təcili arbitraj əməliyyatlarının aparılması üçün Bazar orderi;

2.Mugan FX LTD-in Orderin yerləşdirilməsi anına cari kotirovkalarından fərqli olan məzənnədə mövqeyin açılmasına və ya bağlanmasına yönələn arbitraj əməliyyatının aparılması üçün Saxlanılan Order.

3.Saxlanılan Orderlər də öz növbəsində aşağıdakı növlərə bölünür:  

4.Buy Limit və Buy Stop – Bazar kotirovkaları  Saxlanılan orderdə göstərilən qiymətə çatan zaman Alınan/Satılan valyutanın alqısı yolu ilə mövqeyin açılmasına yönələn  Saxlanılan orderlər. Saxlanılan orderlərin belə növləri  Alınan/Satılan valyutanın məzənnəsinin kontr-valyutaya nisbətən artacağı baxımından irəli sürülür.  

5.Sell Limit və Sell Stop – bazar kotirovkaları Saxlanılan orderdə göstərilən qiymətə çatan zaman Alınıb/Satılan valyutanın satışı yolu ilə mövqeyin açılmasına yönələn  Saxlanılan orderlər. Saxlanılan orderlərin bu növləri  Alınan/Satılan valyutanın məzənnəsinin kontr-valyutaya nisbətən azalacağı baxımından irəli sürülür.   

6.Take Profit və Stop Loss –   Mugan FX LTD-nin cari kotirovkalarından fərqlənən məzənnədə mövqeyin bağlanmasına yönələn Saxlanılan Orderlər. Saxlanılan Orderlərin bu növləri ya bazar kotirovkaları  proqnozlaşdırılan səviyyəyə çatan zaman gəlirlərin fiksasiyası məqsədilə, ya da bazar kotirovkalarının Müştərinin Açıq mövqeləri üçün zərər gətirən istiqamətdə hərəkət etməyə başladığı  təqdirdə zərəri minimuma endirmək məqsədilə irəli sürülür. 

•5.3.Müvafiq əməliyyatın aparılması üçün Orderdə aşağıdakı əhəmiyyətli şərtlər və rekvizitlər göstərilməlidir:

1.Müştəri tərəfindən  Mugan FX LTD-yə  arbitraj əməliyyatının aparılması üçün təqdim olunan orderin verilmə tarixi və vaxtı;

2.Alınan/Satılan valyuta  (digər ticarət aktivi) və kontr-valyuta;

3.Alınan/Satılan valyutanın məbləği;

4.Məzənnə və ya ticarət aktivi üzrə müvafiq birja qiyməti;

5.Orderin növü;

6.Saxlanılan orderin qüvvədə olduğu müddət;

7.Arbitraj əməliyyatının aparılması üçün Müştəri tərəfindən ETP vasitəsilə təqdim olunan Orderlər özündə adətən göstərilən bütün əhəmiyyətli şərtləri əks etdirir. 

•5.4 Bazar orderləri Mugan FX LTD-nin cari kotirovkası ilə üst-üstə düşən məzənnədə real vaxt rejimində icra olunur.  

•5.5. Buy Stop, Sell Stop və Stop Loss kimi Saxlanılan Orderin icra məzənnəsi bazarın hərəkət sürətindən asılı olaraq, belə növ Saxlanılan Orderin Müştərisi tərəfindən irəli sürülən məzənnədən fərqlənə bilər. Buy Stop, Sell Stop və Stop Loss kimi Saxlanılan Orderin icrası  həm Bazar kotirovkaları Müştəri tərəfindən belə Orderdə göstərilən məzənnəyə çatan zaman, həm də sövdələşmənin icrası üçün daha pis şərt ola bilən, bazarda birinci sövdələşmədən sonra gələn kotirovka üzrə baş verə  bilər.

• 5.6. Mugan FX LTD, Müştərinin Orderinin icrasından, icranın qeyri-bazar kotirovkası üzrə baş verdiyi təqdirdə imtina edə bilər.

•5.7. Müştəri Saxlanılan Orderini kotirovkaların onun belə Orderdə göstərdiyi məzənnəyə çatdığı ana qədər istənilən vaxt geri çağırmaq hüququna malikdir.

•5.8. Müştərinin açıq valyuta mövqeyinin yeni Ticarət gününün yetişməsinə qədər açıq qaldığı təqdirdə hesab edilir ki,  Müştəri belə mövqenin valyuta svopu kimi əməliyyat şərtlərilə növbəti tarixə keçirilməsinə razıdır.

•5.9. Valyuta bazarında planlaşdırılan vəsait qalığının səviyyəsinin zəruri marjadan (margin call level)  100 (yüz) faizə qədər aşağı düşməsinə səbəb olan məzənnə formalaşırsa,  Müştəri mümkün olan ən qısa müddət ərzində öz hesabını doldurmalı və ya açıq mövqelərinin bir hissəsini bağlamalıdır. 

•5.10. Valyuta bazarında planlaşdırılan vəsait qalığının səviyyəsinin zəruri marjadan (stop-out level)  50 (əlli) faizə qədər aşağı düşməsinə səbəb olan məzənnə formalaşırsa, daha böyük zərərin qarşısını almaq məqsədilə ETP Müştərinin açıq mövqelərini həmin an üçün formalaşmış cari bazar məzənnəsi ilə  avtomatik olaraq bağlayır. Tərəflər qəbul edir ki, hazırkı Reqlamentlə Müştəri belə Arbitraj əməliyyatlarının aparılması üçün öz şərtsiz razılığını bildirir.  

•5.11. Eyni həcmli, lakin müxtəlif istiqamətlərdə eyni adla açılmış və sıfır girov səviyyəsi yaradan mövqelər üzrə hesablar bazarda ASK və BID məzənnələrinin genişlənməsi səbəbindən avtomatik olaraq bağlana bilər. Tərəflər qəbul edir ki, hazırkı Reqlamentlə Müştəri belə Arbitraj əməliyyatlarının aparılması üçün öz şərtsiz razılığını bildirir.  

•5.12. Tərəflərdən hər hansı birinin təşəbbüsü ilə hazırkı Reqlamentin ləğv edildiyi təqdirdə Mugan FX LTD-nin birtərəfli qaydada Müştərinin bütün açıq mövqelərini bağlamaq hüququ vardır.  

6. Konversiya sövdələşmələrinin bağlanması qaydası

•6.1.Konversiya sövdələşmələrinin bağlanmasının əsasını  Mugan FX Trading Station  sistemində yaradılan aparılmış Arbitraj əməliyyatlarının reyestri təşkil edir. Aparılmış Arbitraj əməliyyatlarının reyestrində  orada göstərilən hər bir Arbitraj əməliyyatının aparıldığı vacib şərtlər ardıcıllıqla göstərilir.  

•6.2. Əgər Mugan FX LTD-yə Müştərinin bağlanmış Konversiya Sövdələşmələrinin mahiyyəti ilə bağlı iddiaları daxil olubsa, onda Mugan FX LTD belə iddiaların ona daxil olduğu andan etibarən 10 iş günü müddətində yerinə yetirilməsi ilə bağlı qərar qəbul edir.  Göstərilən müddətdə  Mugan FX LTD Müştəriyə qəbul etdiyi qərar barədə telefonla məlumat verir, iddianı yerinə yetirməkdən imtina etdiyi təqdirdə isə Müşəriyə əlavə olaraq elektron mesaj göndərməklə imtinasının səbəbini yazılı şəkildə əsaslandırır.

7. Hesablaşma qaydası  

•7.1. Müştəri istənilən vaxt marja hesabındakı pul vəsaitlərini özünün cari valyuta hesabına keçirə bilər. Bunun üçün Müştəri Mugan FX LTD-yə həmin vaxt hesabında olan faktiki  qalığın (və ya qalığın bir hissəsi) məbləğində pul vəsaitinin çıxarılması üçün Ərizə təqdim etməlidir.   

•Marja hesabından vəsaitlər yalnız əvvəllər hazırkı Reqlament çərçivəsində əməkdaşlığın təminatı olaraq Müştəri tərəfindən ödənişin həyata keçirildiyi cari valyuta hesabına köçürülür.

•7.2. Mugan FX LTD Müştərinin tələbi ilə onun elektron poçt ünvanına elektron sənəd göndərməklə onunla aparılmış bütün  əməliyyatlar barədə Hesabat təqdim edir.   

•7.3. Aparılmış əməliyyatlar barədə Hesabatda verilən məlumatların məzmunu ilə bağlı iddiaların olduğu təqdirdə, Müştəri dərhal  Mugan FX LTD-yə  iddiaların olması faktı barədə məlumat verməli və öz iddialarının mahiyyətini açıqlamalıdır. Belə məlumat Müştəri tərəfindən Mugan FX LTD-nin elektron poçt ünvanına göndərilə bilər. Mugan FX LTD-nin aparılmış əməliyyatlar barədə Hesabatı təqdim etdiyi andan etibarən 3 (üç) İş günü müddətində Müştərinin belə Hesabatın məzmunu ilə bağlı iddiasının olmasını göstərən məlumat almadığı təqdirdə hesab edilir ki, Müştəri aparılmış əməliyyatlar barədə aldığı Hesabatda verilən məlumatların düzgün olduğunu təsdiq etmişdir və gələcəkdə  Mugan FX LTD-yə sənədin məzmunu ilə bağlı hər hansı iddia irəli sürə bilməz. 

8.  Reqlamentə dəyişiklik və əlavələr

•8.1. Mugan FX LTD-nin bir tərəfli qaydada hazırkı Reqlamentə istənilən dəyişiklik və əlavəni etmək hüququ vardır.  Mugan FX LTD tərəfindən hazırkı Reqlamentə qanunvericiliyin və ya tənzimləyici orqanların normativ aktlarının dəyişməsi ilə əlaqədar edilən dəyişiklik və əlavələr müvafiq dəyişikliklərin qüvvəyə minməsi ilə eyni vaxtda qüvvəyə minir.  

•8.2. Mugan FX LTD-nin öz təşəbbüsü ilə Reqlamentə etdiyi və qanunvericiliyin, tənzimləyici orqanların normativ aktlarının dəyişməsi ilə əlaqədar olmayan dəyişiklik və əlavələrin qüvvəyə minməsi üçün,  Mugan FX LTD, məlumatların ilkin açıqlanması üzrə məcburi proseduru yerinə yetirir. Məlumatların ilkin açıqlanması Mugan FX LTD tərəfindən Müştərilərə planlaşdırılan dəyişikliklər barədə xəbərdarlıq göndərməklə dəyişiklik və əlavələrin qüvvəyə minməsindən əvvəl 10 (on) təqvim günündən gec olmayaraq həyata keçirilir.

•8.3.Reqlamentə istənilən dəyişiklik və əlavələr hazırkı bölmənin prosedurlarına müvafiq olaraq qüvvəyə mindikləri andan etibarən hazırkı Reqlamentin icra edilməsi ilə bilavasitə əlaqəsi olan bütün şəxslərə bərabər qaydada şamil edilir. Mugan FX LTD tərəfindən Reqlamentə edilən dəyişiklik və əlavələrə razı olmadığı təqdirdə Müştərinin belə dəyişiklik və əlavələr  qüvvəyə minməzdən əvvəl Reqlamentin icrasından imtina etmək hüququ vardır.

9. Tərəflərin məsuliyyəti

•9.1. Tərəflər qarşılıqlı öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımı şəkildə yerinə yetirilməməsinə görə hazırkı Reqlamentin müddəalarına əsasən mövcud beynəlxalq qanunvericilik ilə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.  

•9.2. Mugan FX LTD üçüncü tərəflərin Müştərinin marja hesabının idarəedilməsinə icazəsiz çıxışı nəticəsində Müştəriyə dəyən mümkün zərərə görə məsuliyyət daşımır.  

•9.3. Mugan FX LTD Müştərinin ona Reqlamentdə nəzərdə tutulan müddətlərin və ya prosedurların pozulması ilə ünvanlanan hər hansı tapşırıqlarının yerinə yetirilməməsinə görə məsuliyyət daşımır.

•9.4. Mugan FX LTD  Müştərinin hər hansı tapşırqlarının, belə tapşırıqların qəbulu üçün bilavasitə istifadə olunan kompüter şəbəkələrində, güclü elektrik şəbəkələrində, rabitə sistemlərində nasazlığın baş verməsi və/və ya Arbitraj əməliyyatlarının və Konversiya sövdələşmələrinin aparılmasının başqa prosedurlarının təmin olunması, həmçinin üçüncü şəxslərin qeyri-qanuni hərəkətləri səbəbindən yerinə yetirilməməsinə görə məsuliyyət daşımır.

•9.5. Tərəflər hazırkı Reqlament üzrə öhdəliklərinin fövqəladə vəziyyətin (fors-major hallarının) baş verməsi səbəbindən və/ya təsirindən yerinə yetirilməməsinə və ya lazımı qaydada yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edilir.   

•9.6 Mugan FX LTD müştərinin fəaliyyətinə aid bütün məlumatların məxfi saxlanılmasına zəmanət verir. Belə məlumatlar yalnız səlahiyyətləndirilmiş şəxslərə və ya mövcud qanunvericiliklə nəzərdə tutulan qaydada belə məlumatları almaq hüququ olan orqanlara verilə bilər. Məxfiliklə bağlı şərtlər qeyri-məhdud müddətə qüvvədədir. 

•9.7. Müştəri zəmanət verir ki, hazırkı Reqlamentin qüvvədə olduğu müddətdə, Reqlament çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə və Reqlamentlə bağlı olan və qeydiyyatda olduğu, vətəndaşı olduğu və /və ya yerləşdiyi ölkədə nəzərdə tutulan rüsumların, vergilərin, komisyon haqların və hər hansı digər xərclərin ödənilməsinə özü cavdehdir. 

•9.8. Müştəri Mugan FX LTD-ni Reqlamentlə və Müştərinin öz əməliyyatları ilə bağlı olan bütün xərclərdən və məsuliyyətdən qorumağı öhdəsinə götürür.   

10. Mübahisələrin həlli qaydası

•10.1. Mugan FX LTD ilə Müştəri arasında Reqlamentdə nəzərdə tutulan işlərin yerinə yetirilməsi ilə bağlı mübahisələr və fikir ayrılığı danışıqlar yolu ilə həll edilir. Mübahisəni danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, mübahisə predmeti mövcud qanunlar çərçivəsində həll olunması üçün tərəflərin istəyinə uyğun olaraq müştərinin və ya Mugan FX LTD-nin yerləşdiyi ərazi üzrə məhkəmə orqanlarına təqdim olunmalıdır

•10.2. Hazırkı Reqlamentin icrası çərçivəsində Mugan FX Trading Station, elektron poçt, telefon rabitəsi vasitəsilə ötürülən bütün sənədləri Tərəflər Reqlamentin icrası ilə bağlı mübahisəli halların yarandığı təqdirdə sübut kimi qəbul edirlər.

•10.3. Müştəri Mugan FX LTD-yə adi yazılı bildiriş göndərməklə istənilən vaxt Reqlamentdən imtina edə bilər. Müştərinin Reqlamentdən imtinası həmin vaxtda onun Mugan FX LTD qarşısında hər hansı yerinə yetirilməməmiş öhdəliklərinin olmadığı təqdirdə qüvvəyə minir.

•10.4. Tərəflərdən hər hansı birinin təşəbbüsü ilə hazırkı Reqlamentin ləğv edilməsi Mugan FX LTD-nin hazırkı Reqlament çərçivəsində Müştəriyə açılmış marja hesabını bağlamasına şərtsiz əsas verir.