Forex haqqında - Forexdə Ticarət - MUGANFX

FOREX HAQQINDA

Banklar arası valyuta bazarı - Forex dünya ticarətində fiks edilmiş valyuta siyasətinin dəyişən valyuta siyasətilə əvəz edilməsi nəticəsində 1970-ci illərin əvvələrində formalaşmışdır. Bu andan etibarən ayrı-ayrı valyutaların qarşılıqlı dəyişdirilməsinin əsasını alıcı və satıcı arasında razılaşma prinsipi təşkil etməyə başlamışdır.

Ticarət həcminə görə Forex bazarı əmtəə və fond birjalarının dövriyyə həcmini nəzərə çarpacaq dərəcədə üstələyir.Valyuta bazarında bağlanan ticarət əqdlərinin gündəlik həcmi 1-3 trillion ABŞ dolları təşkil edir ki, bu da fond birjalarının analoji həcmindən 4-5 dəfə çoxdur.Valyuta əməliyyatlarına yatırımlar ən böyük qazanc əldə etmək potensialına malikdir.Forex bazarı fiziki şəxslər, o cümlədən yeni başlayan treyderlər üçün ən az vəsaitlə valyuta əməliyyatlarına qoşulmaq imkanı yaratmaqla qısa müddət ərzində böyük gəlir əldə etmə imkanı verir.

Ənənəvi maliyyə bazarlarından fərqli olaraq Forex səhm və valyuta füçerslərinin satışında olduğu kimi xüsusi ticarət sahəsi tələb etmir. Forex bazarında ticarət əməliyyatları kompüter terminalları və mobil telefon avadanlıqları vasitəsilə həyata keçirilir.Füçers və fond bazarlarında ticarət sesiyaları zaman məhdudiyyətinə malik olduqları halda Forex bazarı 24 saat ticarət üçün açıqdır.Dünyanın istənilən vaxt qurşağında (Sidney, Qonkonq, Tokio, London və ya Nyu-York) əlverişli valyuta məznnələrilə valyuta ticarət əməliyyatları aparmaq üçün Siz hər zaman forex brokeri tapa bilərsiniz.
Forex bazarının əsas iş prinsipiqabaqcadan treyder tərəfindən xarici faktorların dəyərləndirilməsi əsasənda ucuz qiymətə alınmış bir valyutanın sonradan daha baha qiymətə satılması və mənfəət əldə edilməsindən ibarətdir və əksinə. 
Qısa misal ilə bunu belə təsvir etmək olar:
Fərz edək ki, Siz forex ticarətinə yönəltmək üçün dollarla ifadə olunmuş müəyyən sərbəst vəsaitə maliksiniz.Texniki və fundamental təhlil əsasında Siz yaxın vaxt ərzində dolların qiymətdə düşəcəyi euro-nun qalxacağı qənaitinə gəlirsiniz. Bu halda dollar vəsaitinizi sataraq mövcud məzənnə ilə euro valyutası alırsınız. Bir müddət sonra Sizin proqnoza uyğun olaraq dollar qiymətdə düşür, euro isə qalxır.Müvafiq olaraq Siz bir müddət əvvəl əldə etdiyiniz kimi, euro-nu yenidən sataraq dollar alırsınız, lakin bu zaman aldığınız dolların cəmi məbləği onun ucuzlaşması nəticəsində ilkin malik olduğunuz məbləğdən daha çox olacaqdır ki, bu fərq də Sizin gəlirinizi təşkil edir.Gün ərzində treyder onlarla belə ticarət əməliyyatları həyata keçirə bilər. 

Forex bazarında valyuta məzənnələrinin dəyişməsi

Valyuta məzənnələri banklar, maliyyə təşkilatları, korparasiyalar, eləcə də fiziki şəxslərin tələb və təklifləri əsasənda formalaşır və hər saniyə dəyişikliyə uğrayır.Valyuta alan və ya satan hər bir kəs forex bazarının iştirakçısı olur və bu və ya başqa miqyasda valyuta məzənnələrinin formalaşmasında pay sahibinə çevrilir. Bundan başqa valyuta məzənnələrinin dəyişməsinə müxtəliv siyasi xarakterli hadisələr, inkişaf etmiş ölkələrin makroiqtisadi göstəriciləri və digər təbiət hadisələri də təsir göstərir.

Məzənnə dəyişikliyinin təhlili və proqnozlaşdırılmasının üsulla

Valyuta məzənnələrinin proqnozlaşdırılması üçün müxtəlif üsullardan istifadə olunur. Bunlardan ən əsası texniki və fundmental təhlil üsulları hesab olunur. 

Texniki təhlil statistik məlumatlar əsasənda qurulur. Bu məlumatlar əsasında yaradılan texniki fiqurların və hərəkət istiqamətini göstərən trend indikatorlarının təhlili mühüm əhəmiyyət kəsb edir.
Fundamental təhlil aparıcı dünya ölkələrinin iqtisasadi göstəricilərinin öyrənilməsi əsasında qurulur.

İnternet ticarəti

İnformasiya texnologiyalarının və xüsusilə də internet şəbəkəsinin dərin inkişafı, kütləvi kompüterləşmə prossesinin surətlənməsi valyuta bazarının iştirakçılarına vertual mühütdə internet vasitəsilə ticarət əməliyyatları həyata keçirmək imkanı yaratmışdır.

İnternet ticarət treyderlərə qısa zaman ərzində və hər hansı bir maneə olmadan müxtəlif maliyyə alətləri üzrə ticarət əqdləri bağlamaq əməliyyatlarını nəzərə çarpacaq dərəcədə sadələşdirdi və yüngülləşdirdi. 

İnternet vasitəsilə forex ticarətinin təşkili valyutaların (səhm, qiymətli metalların) alqı-satqı əməliyyətlarını xüsusi ticarət meydanlarından kompüter ticarət terminallarına keçirməklə bu cür əməliyyatları hər yerdən, o cümlədən evdən belə aparmağı mümkün edir.

Ticarət hesabının açılması və işə başlanması

İşə başlamaq üçün Siz real ticarət hesabı açmalısınız. Qeydiyyatdan keçdikdən sonra Sizə Mugan FX tərəfindən marjinal ticarət hesabı açılır. Bundan sonra Siz dünya ticarət qaynaqlarına və birjalara qoşulmuş və MetaTrader 4 ticarət platformasına əsaslanan  Mugan FX Trading Station ticarət terminalını yükləyərək  işə başlaya bilərsiniz. 

Ödənişsiz təlim hesabı

Ticarət təcrübəsi qazanmaq üçün hər bir arzu edan şəxs odənişsiz təlim hesab açıb vaxt etibarı ilə limitsiz işləyə bilər.
Təlim hesabı forex ticarətinin sirlərinə qisa zaman ərzində yiyələnməyin ən etibarlı yolu hesab olunur.