Hesablarla bağlı suallar - F.A.Q. - MUGANFX

Hesablarla bağlı suallar

Burada ticarətin prinsipi sadədir: valyuta cütlüyünü ucuz al baha sat və əksinə baha sat, ucuz al. Valyuta cütlüklərinin məzənnələri daim dəyişdiyindən qazanc üçün münbit şərait yaranır. Bu bazarda çox sayda nəhəng bu və ya digər valyutanın alıcıları vardır ki, onlar biznes fəaliyyətində məzənnə fərqindən asılı olmayaraq daim bir valyutanı digər valyutaya çevirirlər. Belə vahidlərə dövlət orqanlarını, nəhəng ticarət şirkətlərini, maliyyə qurumlarını misal gətirmək olar. Valyuta məzənnələri isə daim aşağı-yuxarı dəyişir ki, bu da treyderlərə bu dəyişkənlikdən qazanc əldə etmək imkanı yaradır.
Forex bazarında daha çox likvid valyutalar alınıb satılır. Bu o valyutalardır ki, siyasi sistemləri stabil, iqtisadiyyatı güclü, inflyasiya həddi aşağı olan inkişaf etmiş ölkələrə aiddir. Hal hazırda valyuta ticarətinin 85 faizi ABŞ dolları, Yapon yeni, EURO, Böyük Britaniya funtu İsveçrə frankının payına düşür. Ən çox alınıb satılan cütlük EURO-USD cütlüyüdür.
Fiziki şəxslər üçün minimum – 300$, 
hüquqi şəxslər üçün isə –1000$

Marja ticarət itkilərindən sığortalanmaq üçün girov məbləğidir. Marjinal tələb sizin depozitinizdəki qalıqdan dəfələrlə çox olan ticarət mövqelərini qüvvədə saxlamaq imkanı verir.
Fərz edək ki, EUR/USD cütlüyü üzrə bankın kredit çiyni 1:500 və ya 0.2 əmsalıdır. 
EUR/USD-nin cari məzənnəsi 1.4320-dir. 
1 lot (100000) ticarət mövqeyi üçün girov həddi aşağıdakı kimi hesablanacaqdır: 
Girov=1.4320*100000*0.2/100=286.4$

Əgər hesabınızdakı real qalıq MuganFX tərəfindən müəyyən edilmiş həddən aşağı düşərsə, o halda "Margin Call" işə düşür və əlavə vəsait cəlb edilməsinə ehtiyaç yaranır. MuganFX tərəfindən müəyyən edilmiş"Margin Call" tələbi 50% təşkil edir. Depoziti 10.000$ yuxarı olan müştərilər üçün bu hədd 2%-ə qədər endirilə bilər.
"Stop loss order" risklərin azaldılması üçün ən dəyərli alətdir. "Stop loss order" ziyanın məhdudlaşdırılması məqsədilə qiymətin ziyanlı hesab edilən həddə çatdıqda açıq mövqeyin avtomatik olaraq ləğv edilməsi vəzifəsini yerinə yetirir.
Bəli. Bütün növ hesablar eyni zamanda mikro(0,01 lot) və mini(0,1 lot) lotlarla işləmək imkanına malikdirlər.
Real hesabını ətraflı məlumat burada: http://muganfx.com/az/menus/22/otkryt_real_nyy_schet.
MuganFX-lə Sizi heç bir əlavə xərc gözləmir. Siz ödənişsiz olaraq canlı xəbər axını ilə təmin olunmuş ticarət terminalını yükləyə bilərsiniz.
Saytımızın “Hesab açmaq” bölməsinin “Real hesabdan vəsaitin çıxarılmasına Ərizə” köməkçi bölməsinə daxil olaraq təqdim olunmuş ərizə formasını doldurmalı və elektron poçtla fx@muganbank.az ünvanına göndərməlisiniz. Sizin ərizəyə müvafiq maliyyə qurumu tərəfindən baxılaraq qısa müddət ərzində vəsaitiniz cari bank hesabınıza köçürüləcəkdir.
Saytımızın “Ticarət” bölməsinin “Məzənnələr” koməkçi bölməsində siz qiymətlərin bir bəndinin dəyəri, girov məbləğləri və sairə haqqında müfəssəl məlumat ala bilərsiniz.
300$-10000$ ___ 1 : 500
10000$-50000$ ___ 1 : 200
50000$-250000$ ___ 1:100
250000$-500000$ ___ 1:66
500000$-1,000,000$ ___ 1:50
1,000,000$-5,000,000$ ___ 1:25

Biz hesab növündən və müştərinin istəyindən asılı olaraq 1:500-dən (maksimal hədd) 1:25 həddinə kimi kredit çiyni təqdim edirik. Bunun üçün hesab açdıqdan sonra MuganFX mütəxəssisinə müraciət etmək kifayətdir.